ASAN və bp könüllülər akademiyası məzunlarına sertifikatlar təqdim edib
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması”nın təsdiq edilməsi haqqında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1 avqust 2023-cü il
№ 258
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 1 avqust
tarixli 258 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
barədə hesabatın
FORMASI
Hesabatı təqdim edən nəzarət subyektinin adı______________________
Hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair
məlumat)
__________________________________________________________
VÖEN____________________________________________________
Hesabat dövrü _______ il
Hesabatla tanış olmaq üçün keçidə daxil olun.