Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar

 Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR

“Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik
sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının
2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 2.1.2-ci
yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik
sistemlərinin quraşdırılmasına icazə verilən hallar” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 24 ” “ aprel ” 2026-cı il
№ 115