“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamının 2.4-cü bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Mərkəzi Bankının təklifini nəzərə alaraq yaşıl və aşağı karbonlu iqtisadiyyata keçidin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları (qurumları) dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi
şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən
“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 1 ” “ may ” 2026-cı il
№ 126