“Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının
1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 avqust 2022-ci il
№ 311

https://nk.gov.az/az/document/6373/