Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

 Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb. Görüşdə enerji sektorunda Bankla əməkdaşlığın prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. AYİB ilə bərpa olunan enerji potensialının artırılması, şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyi, aşağı karbonlu iqtisadiyyat və “Qaradağ” GES-in maliyyələşməsi üzrə əməkdaşlığın yaşıl enerji keçidinə töhfə verdiyi qeyd olunub.

Enerji Effektivliyi Fonduna, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsinə AYİB-in dəstək imkanları, bərpa olunan enerji hərraclarının keçirilməsi layihəsinin, elektroenergetika sektorunda aşağı karbonlu həll yolları üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Günəş enerjisi üzrə ilk hərracın keçirilməsi ilə bağlı proseslərə tezliklə başlanacağı qeyd olunub. Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihələri, 1 QVt gücündə günəş-külək enerjisi stansiyalarının şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində müvafiq sahədə qanun layihəsinin hazırlanması ilə əlaqədar son vəziyyət də dəyərləndirilib. Həmçinin COP29 çərçivəsində  enerji sahəsində fəaliyyət planları nəzərdən keçirilib.