Yunanıstandakı qoşulma nöqtəsində TAP maksimum ötürmə gücünə çatdırılıb

 Yunanıstandakı qoşulma nöqtəsində TAP maksimum ötürmə gücünə çatdırılıb

Ötən həftənin sonunda (24 və 25 iyul tarixlərində) Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan ərazisindən keçən  hissəsində Kipoidəki qoşulma nöqtəsində (Türkiyə ilə sərhəd) gündəlik ötürmə gücünün  ən yüksək səviyyəsi qeydə alınıb.

Məlumata görə, qeyd olunan günlərdə Kipoidəki qoşulma nöqtəsində sözügedən göstərici təqribən 28,19 mln. kubmetr (enerji ekvivalentində – gündəlik 332 heqavatt-saat ) təşkil edib.

“Bu da qoşulma nöqtəsinin texniki imkanlarının (texniki ötürmə gücünün) təqribən 95%-ə bərabərdir”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Enerji Portalı məlumatı  www.apa.az istinadən təqdim edir.