Yenidən qurulan 110/35/10 kV-luq Şükürbəyli y/s-nın açılışı olub

 Yenidən qurulan 110/35/10 kV-luq Şükürbəyli y/s-nın açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuliyə səfəri zamanı yenidən qurulan   110/35/10 kV-luq “Şükürbəyli” y/s-nın açılışında iştirak edib.  O, məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə yarımstansiyanın açılışını edib.

Bildirildi ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.