Yay məktəbində iştiraka dəvət

 Yay məktəbində iştiraka dəvət

20-24 sentyabr 2021-ci il tarixlərində Rumıniyanın Ovidia Konstanta Universiteti Nanotexnologiyalar və Alternativ Enerji Mənbələri İnstitutu tərəfindən “Qabaqcıl enerji sistemləri üçün nanomateriallar və nanotexnologiyalar” mövzusunda baş tutacaq nanotexnologiyalar üzrə IEEE NTC Beynəlxalq Yay Məktəbində iştiraka dəvət edir.

Yay məktəbinin mövzusu məhsuldarlığın artırılması, ətraf mühitə təsirin azaldılması və son dərəcə əhəmiyyətli materialların əvəz edilməsi üçün nanomaterialları və nanotexnologiyaları inteqrasiya edən qabaqcıl “təhlükəsiz dizayn” enerji sistemlərinin inkişafına vahid yanaşmadan ibarətdir. Qabaqcıl enerji sistemləri yanacaq elementlərinə, termoelektrik çeviricilərə, hibrid günəş panellərinə və elektrooptokimyəvi reaktorlara aiddir.

Universitetinizin daxilində, eləcə də universitetinizin aktiv olduğu şəbəkə və cəmiyyətlərdə, xüsusilə də bu tədbirdə iştirak etməkdə maraqlı ola biləcək tədqiqatçılara, professorlara və tələbələrə bu dəvəti göndərməyinizi Sizdən xahiş edirik.

Tədbirdə iştirak ödənişsizdir və online və fikizi iştirak etmək mümkündür.

Aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz.

https://insae.ro/index.php/summer-school-on-nanotechnology-2021/

Daha ətraflı məlumat üçün Qara Dəniz Universitetləri Şəbəkəsinin bütün komandası – Beynəlxalq daimi katiblik sizin ixtiyarınızdadır!