2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun beşinci iclası keçirilib
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun beşinci iclası keçirilib. Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib.
İclasda müvafiq strateji alt məqsədlər üzrə fəaliyyət istiqamətləri və 2021-2025-ci illəri əhatə edəcək Tədbirlər Planının yekun versiyası nəzərdən keçirilib. Strateji hədəflər üzrə baza və hədəf göstəricilərinin müəyyənləşdirilməsinin tam başa çatdırıldığı, habelə digər işçi qrupların hazırladığı sənədlərlə kəsişmələrin aradan qaldırıldığı bildirilib. “Yaşıl enerji məkanı”nın yaradılması məqsədi ilə qanunverici və tənzimləyici çərçivənin təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, enerji səmərəliliyi, ekoloji təmiz nəqliyyat vasitələrinin və digər yaşıl texnologiyaların tətbiq edilməsi kimi tədbirlərin qlobal trendlər və yerli konyunktura nəzərə alınaraq müəyyən edildiyi vurğulanıb. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə “yaşıl enerji”dən istifadə sahəsində uğurlu nəticələrin əldə olunacağına inam ifadə olunub.
İclasda Strategiyanın müvafiq bölməsinin və Tədbirlər Planının yekun variantının İqtisadiyyat Nazirliyi daxilində fəaliyyət göstərən Strategiyanın hazırlanması ilə bağlı Katibliyə təqdim olunmasına dair qərar qəbul edilib.