2025-ci ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib
Yaşıl enerji məkanı üzrə alt işçi qrupun üçüncü iclası keçirilib

Energetika Nazirliyinin internet saytına istinadən bildirilir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış yaşıl enerji məkanı üzrə alt işçi qrupunun üçüncü iclası keçirilib.
Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Alt-məqsədlər və hədəf göstəriciləri razılaşdırılıb, atılacaq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.