2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Yarımstansiyalarda bərpa olunan enerji texnologiyalarından istifadə olunacaq
“Azərişıq” ASC yarımstansiyalarında soyuymaq məqsədi ilə bərpa olunan enerji qurğularından istifadə edəcəkdir. “Solar Winds Technology” şirkəti ilə birgə yerinə yetiriləcək “Sərin Yay” layihəsi çərçivəsində yarımstansiyaları soyutmaq məqsədi üçün təbii soyutmadan və günəş enerjisindən istifadə nəzərdə tutulur.
Əsas məqsəd – isti yay günlərində elektrik enerjisindən istifadə səmərəliliyinin artırılması, güc mərkəzlərinin həddindən çox yüklənməsinin aradan qaldırılması və alternativ enerji mənbələrinin təbliğ edilməkdir.
Qurğu ətraf mühit temperaturunu ən azı 1,7 dəfə aşağı salmağa və saatda orta hesabla 50 kubmetr sərin hava istehsal gücünə malikdir. Konstruksiya iki növdə tətbiq edilə bilər: qapalı və açıq dövrə sxemi üzrə. Birinci halda, soyutma sistemi tələb olunan temperatur əldə olunarkən işini dayandırırsa, ikinci halda fasiləsiz işləyir. Bu da, qurğunun istifadə imkanlarını və tətbiq sahələrini genişləndirir.
Məlumat www.apa.az istinadən təqdim edilir.