Yaponiyanın “Komaihaltec” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

 Yaponiyanın “Komaihaltec” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Yaponiyanın “Komaihaltec” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Yaponiya ilə enerji sahəsində əməkdaşlıq imkanlarının uğurla davam etdiyi bildirilib. Bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.

Daha sonra AREA ilə “Komaihaltec” şirkəti arasında bərpa olunan enerji layihələrinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycanın dağlıq rayonlarının kəndlərində bərpa olunan enerji mənbələrinin tətbiqi ilə hibrid elektrik enerjisinin istehsalından istifadə etməklə optimal elektrik və istilik təchizatı sisteminin layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.