Yanvar-may aylarında qaz hasilatı

 Yanvar-may aylarında qaz hasilatı

Cari ilin yanvar-may ayında ölkədə 17 milyard kub metr qaz hasil edilib. Qazın 5,4 milyard kub metri AÇG-dən, 8,4 milyard kub metri “Şahdəniz”dən, 3,2 milyard kub metri SOCAR-dan hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz, yəni 551,5 milyon kub metr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 7,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. Cari ilin yanvar-may ayında Türkiyəyə  təqribən 4,2 milyard kub metr, Avropaya təqribən təqribən 2,1 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 43,2 milyon kub metr qaz verilib. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,2 milyard kub metrdən çox qaz nəql olunub.