Yanvar –May aylarında elektrik istehsal qarışığı

 Yanvar –May aylarında elektrik istehsal qarışığı

2021-ci ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı 10 928,0 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 19,5 mln. kVt·st artaraq 10 115,1 mln. kVt·st, SES-lərdə 110,1 mln. kVt·st artaraq 659,1 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,0 mln. kVt·st artaraq 153,8 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 39,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 20,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 94,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9790,7 mln. kVt·st (İES-lərdə 9208,5 mln. kVt·st, SES-lərdə 582,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 161,4 mln. kVt·st (İES-lərdə 73,8 mln. kVt·st, SES-lərdə 69,1 mln. kVt·st, GES-də 18,5 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 947,6 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 28,3 mln. kVt·st təşkil edib.