2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Yanvar-fevral aylarında ölkədə elektrik enerjisi istehsalı artıb
2022-ci ilin yanvar-fevral ayları üzrə elektrik enerjisinə dair məlumatlara əsasən, fevral ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2331,2 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 138,8 mln. kVt·st, yaxud 6,3 % artması deməkdir.
Fevral ayında elektrik enerjisinin idxalı 9,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 mln. kVt·st azalıb. Bu dövrdə elektrik enerjisinin ixracı 248,2 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 89,4 mln. kVt·st artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 326,2 mln.kVt·st, yəni 7,2 % artaraq 4 887,0 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin ilk 2 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 313,3 mln. kVt·st artaraq 4677,5 mln. kVt·st, SES-lərdə 13,9 mln. kVt·st artaraq 154,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,0 mln. kVt·st azalaraq 54,96 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 13,16 mln. kVt·st, günəş elektrik stansiyalarında 7,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 34,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4450,4 mln. kVt·st (İES-lərdə 4303,8 mln. kVt·st, SES-lərdə 146,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 53,73 mln. kVt·st (İES-lərdə 39,8 mln. kVt·st, SES-lərdə 6,8 mln. kVt·st, GES-də 7,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,6 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 375,27 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 493,5 mln. kVt·st olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 159,6 mln. kVt·st, elektrik enerjisinin idxalı isə 20,6 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 0,5 mln. kVt·st artıb.