Yanvar –Aprel aylarında elektrik enerjisi istehsalı artıb

 Yanvar –Aprel aylarında elektrik enerjisi istehsalı artıb

Energetika Nazirliyindən əldə olunan operativ məlumatlara əsasən 2021-ci ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8947,8 mln. kVt·st təşkil edib. Ötən ilin müvafiq 4 ayı ilə müqayisədə elektrik enerji istehsalı 51.1 milyon kVt/saat artmışdır.

Hesabat dövründə elektrik enerjisinin idxalı 47,2 mln. kVt·st olub. İrandan 10,8 mln. kVt·st, Rusiyadan 32,0 mln. kVt·st, Gürcüstandan isə 4,4 mln. kVt·st elektrik enerjisi idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi idxalı 2.6 mln. kVt/saat artmışdır.

Cari ilin 4 ayı ərzində elektrik enerjisinin ixracı 554,5 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 mln. kVt·st artıb. İrana 10,8 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 31,2 mln. kVt·st, Gürcüstana isə 499,8 mln. kVt·st elektrik enerjisi ixrac edilib.