2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Yanvar –Aprel aylarında bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı azalıb
Energetika Nazirliyindən əldə olunan operativ məlumatlara əsasən 2021-ci ilin yanvar-aprel aylarında respublikada elektrik enerjisinin istehsalı 8947,8 mln. kVt·st təşkil edib.
Hesabat dövründə ötən ilin qeyd edilmiş 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 46,5 mln. kVt·st azalaraq 8388,7 mln. kVt·st, SES-lərdə 98,6 mln. kVt·st artaraq 440,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,0 mln. kVt·st azalaraq 118,7 mln. kVt·st olub.
Bu dövrdə külək elektrik stansiyalarında 31,12 mln. kVt·st, günəş elektrik stansiyalarında 14,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 73,42 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8050,5 mln. kVt·st (İES-lərdə 7655,7 mln. kVt·st, SES-lərdə 394,8 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 115,9 mln. kVt·st (İES-lərdə 62,7 mln. kVt·st, SES-lərdə 40,2 mln. kVt·st, GES-də 13,0 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 758,9 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 22,5 mln. kVt·st təşkil edib.