“Xudafərin” və “Qız Qalası” su anbarlarının tikintisi tamamlanır

 “Xudafərin” və “Qız Qalası” su anbarlarının tikintisi tamamlanır

“Xudafərin” və “Qız Qalası” su anbarlarının tikintisi başa çatmaq üzrədir”. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun verdiyi məlumata əsasən hər iki anbar tikilib, istifadəyə hazır vəziyyətdədir.  Növbəti illərdə anbarların su ilə doldurulması və istifadəyə verilməsi təmin olunacaq. Hər iki anbar İran –Azərbaycan sərhədində Araz çayı üzərində Azərbaycan və İran tərəfindən müştərək istismar olunacaqdır.  Hər iki dövlət üçün anbarlarda suyun bölgüsünün bərabər olması nəzərdə tutulur.

Məlumat, www.iqtisadiyyat.az istinadən  təqdim  edilir.