Xorvatiya ilə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri müzakirə olunub

 Xorvatiya ilə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri müzakirə olunub

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebicin görüşü olub. Görüşdə Xorvatiya ilə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr edilib.

İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri, elektroenergetika sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılan görüşdə, Xorvatiyanın elektrik avadanlıqları istehsal edən şirkətlərin imkanları barədə geniş müzakirələr aparılıb.