2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Üzən Günəş Elektrik sistemləri üzrə təlimlər keçiriləcəkdir
Asiya İnkişaf Bankının maliyyələşdirdirdiyi regional layihə olan Azərbaycan, Qırğızıstan və Əfqanıstanda həyata keçirilən Üzən Günəş Enerji Sistemlərinin İnkişafı layihəsi üzrə Əfqanıstanda təlimlərə başlanılmışdır. Təlimlər 21 iyundan başlayaraq 3 həftə ərzində online şəkildə keçirilir. Təlimlərdə üzən günəş enerji texnologiyaları, fotovoltatik sistemlərin texniki planlaşdırılması, satınalınması dünyada PV texnologiyalarına strateji baxış, onların ətraf mühitə və sosial təsirləri kimi mövzular geniş əhatə olunacaqdır.
Qeyd edilməlidir ki, layihə çərçivəsində Böyükşor gölündə 100 kV-lıq üzən günəş stansiyasının tikilib 2 iki il müddətinə istismar edilib, təhvil verilməsi planlaşdırılır. Pilot layihənin həyata keçirilməsi prosesinə başlanılmış, 2021-ci ilin sonunda təhvil veriməsi nəzərdə tutulur.
Azərbaycanda potensialın artırılması üzrə oxşar təlimlər 2020-ci ilin noyabr –dekabr aylarında online şəkildə keçirilib.