2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubax ilə görüş keçirilib
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubaxın rəhbərlik etdiyi nümayəndə heyətini ilə görüşü olub. Görüş 2022-ci il 28 aprel tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində baş tutub. Birinci vitse-prezident Rövşən Nəcəf SOCAR-ın strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi ilə “Uniper” şirkəti arasında əlaqələrdən, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs etdi, bu xüsusda Əlaqələndirmə Komitəsinin fəaliyyətinin əhəmiyyətinə toxundu. O, birgə layihələrin icrasında “Uniper” şirkətinin müvafiq təcrübəsinin önəmli rolunu qeyd etdi.
Azərbaycana ilk səfərindən məmnunluq ifadə edən Klaus-Diter Maubax SOCAR ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirdi və bu biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Görüşdə SOCAR ilə “Uniper” şirkəti arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə, enerji keçidi, o cümlədən bərpaolunan eneri ilə bağlı mövzulara və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.