2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənib
“Azərişıq” ASC Goranboy elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.
Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub.
Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd daxilində 4500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəkilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.
Buzluq kəndi daxilində 5500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.
Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.
Enerji Portalı məlumatı www.apa.az istinadən təqdim edir.