Türkiyə Azərbaycandan qaz idxalını artırıb

 Türkiyə Azərbaycandan qaz idxalını artırıb

Bu ilin yanvar-aprel ayında Türkiyə Azərbaycandan 3 929,17 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 7,8% çoxdur.

 

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-aprel ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.

 

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 3 645,81 mln. kubmetr qaz idxal edib.

 

Cari ilin aprel ayında Türkiyə Azərbaycandan 771,2 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 15,86% azdır. Aprel ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.

 

Məlumat üçün bildirik ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.

 

Məlumat www.apa.az istinadən təqdim edilir.