“Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

 “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ N A Z İ R L Ə R K A B İ N E T İ
Q Ə R A R

“Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının
3-cü hissəsində nəzərdə tutulmuş tariflərlə eyni gündə qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 noyabr 2023-cü il
№ 400

https://nk.gov.az/az/senedler/qerarlar/tikinti-obyektlerine-teleb-olunan-gucun-hesablanma-7502