2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“TEPSCO” şirkətinin nümayəndələri ilə görüş keçirilib
Energetika naziri Pərviz Şahbazov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın iştirakı ilə “TEPSCO” şirkətinin icraçı direktoru Hideo Kojimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Yaponiya şirkətlərinin ölkəmizdə həyata keçirilən enerji layihələrində uğurlu iştirakı qeyd edilib, səmərəli işbirliyinin “yaşıl enerji” istiqamətində davam etdiyi bildirilib.
Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi, günəş və külək enerjisi üzrə reallaşdırılacaq böyük güclərin ümumi elektroenergetika sisteminə inteqrasiyası və “yaşıl enerji” ixracına dair fikir mübadiləsi aparılıb. Enerji sisteminin təhlükəsizliyinin təmini kontekstində bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə təsirlərinin öyrənilməsi və qiymətləndirilməsi sahəsində Yaponiya təcrübəsindən bəhs edilib və bu təcrübənin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.