2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Təbii qazın qiymət artımının qısa şərhi
Məlumat verildiyi kimi əhali və digər kateqoriyadan olan istehlakçıların təbii qazdan istifadə qiymətlərində Tarif Şurasının 30 iyun 2021-ci il tarixli qərarı ilə dəyişiklik tətbiq edilmişdir.
Belə ki, əhali kateqoriyası üzrə təbii qazdan bir il ərzində istifadə limiti 2000 kub metrdən 1200 kub metrə endirilsə də, artım istifadə həcminin bir il ərzində 1200 kub metrdən çox olan hissəsinə şamil edilmişdir. 1200 kub metrə kimi olan minimum istifadə həcminə qiymət artımı şamil edilməmiş və hər kub metr üçün 10 qəpik olaraq saxlanılmışdır.
İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilmişdir.
Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. Təxminən 30% həcmində qiymət artımı əhalinin istehlakında o qədər həcmdə də azalmaya gətirib çıxarda bilər. Tətbiq ediən bu qiymət artımı daha çox əhaliyə təsir edəcəkdir. Əhalinin istehlakında azalma hesabına qənaət olunan həcm, xaricə ixrac olunmaqla ölkəyə valyuta axınına səbəb olacaqdır.
“Azərenerji” ASC-yə satılan təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilmişdir. Lakin elektrik enerjisinin istehsalı üzrə maya dəyərində azacıq olsa bu artımın qiymət artımına səbəb olmaması üçün “Azərenerji” ASC-nin stansiyalarının istehsal gücündən optimal istifadə edilməldir.
Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilmişdir.
İstilik məqsədilə yaşayış binalarının məhəllə qazanxanalarına və “Azəristiliktəchizat” ASC –yə satılan təbii qazın qiymətində tətbiq edilən bu azalma, digər tərəfdən isə əhaliyə satılan təbii qazın qiymətlərində artım, mərkəzləşdirilmiş istilik sistemlərinə qoşulmalara marağın artmasına səbəb olsa, bu tələbin dayanıqlı formalaşdırılması, mərkəzləşdirlmiş və məhəllədaxili istilik sistemlərindən təchiz edilən istiliyin keyfiyyətinin yaxşılaşdırılması məsələsini gündəmə gətirəcəkdir.