2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Şotlandiyanın “yaşıl” enerji təcrübəsi öyrənilir
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyaya səfəri çərçivəsində Şotlandiyanın liman şəhəri Aberdində olub. Nazir dünyanın ən böyük üzən külək elektrik stansiyası -Kinkardinə baş çəkib. Suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşən 50 MVt gücə malik stansiyanın fəaliyyəti ilə tanış olub.
Energetika naziri Pərviz Şahbazov Şotlandiyanın “xalis sıfır”, enerji və nəqliyyat naziri Michael Matheson ilə də görüşüb. Görüşdə neft-qaz məkanı kimi Şotlandiyanın enerjidə inkişaf yolu nəzərdən keçirilib, enerji keçidinə dair məsələlər müzakirə edilib. Nazir, həmçinin Aberdində keçirilən Enerji İxracı Konfransı çərçivəsində təşkil olunmuş bərpa olunan enerji üzrə sərgiyə də baxış keçirib.