Bu ilin 6 ayında 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib
SOCAR-ın prezidenti “Wood” şirkətinin icraçı prezidenti ilə görüşüb

24 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood” şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb.
Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.
Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də “midstream”, “upstream”, “downstream”, bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.