2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
SOCAR-ın prezidenti OPEC-in baş katibi ilə görüşüb
19 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf OPEC-in baş katibi Haysam Əl-Qays ilə görüşüb.
Görüşdə Azərbaycan ilə OPEC arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə yaradılan “OPEC+” formatının strateji əhəmiyyət daşıdığı, bu xüsusda neft bazarlarının tənzimlənməsinə, tələb və təklif arasındakı balansın təmin edilməsinə dəyərli töhfə verdiyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində təmiz texnologiyalar ilə karbohidrogen hasilatının dayanıqlı şəkildə artırılmasının əhəmiyyəti vurğulanıb. Bu xüsusda, SOCAR-ın aşağı emissiyalı və innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qlobal neft bazarlarının mövcud vəziyyəti və gələcək proqnozlar, SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.