SOCAR-ın 2026-cı ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri

 SOCAR-ın 2026-cı ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri

Cari ilin birinci rübündə SOCAR tərəfindən 13 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1,67 milyon ton2 neft, həmçinin 1,85 milyard kubmetr3 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 0,4% artaraq 12,64 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin birinci rübü üzrə Azərbaycanda 6,63 milyon ton5 xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,52 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz istehlakı 4,76 milyard kubmetr7, qaz ixracı isə 6,9% artaraq 6,5 milyard kubmetr8 təşkil edib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,45 milyon ton9 neft, 636 milyon kubmetr10 qaz emal edilib. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

1. 12.704 metr

2. 1.672.158 ton

3. 1.850.121.000 kubmetr

4. 12.639.631.000 kubmetr

5. 6.627.830 ton

6. 3.519.855 ton

7. 4.755.547.000 kubmetr

8. 6.504.277.000 kubmetr

9. 1.449.696 ton

10. 636.387.237 kubmetr

11. 394.430 ton