“İstilik təchizatı haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb
SOCAR-ın 2024-cü il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatı açıqlayıb

SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,5 milyon ton1 neft, 7,7 milyard kubmetr2 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatında artım tendensiyası davam edib və 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% artaraq, 50,4 milyard kubmetr3 təşkil edib. Ümumilikdə isə, il ərzində Azərbaycanda 29 milyon tondan4 çox xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,6 milyon ton5 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 6% artaraq 25,3 milyard kubmetr6 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 1,7% artaraq 13,7 milyard kubmetr7 təşkil edib.
2024-cü ildə SOCAR tərəfindən 5,8 milyon ton8 neft, 3,4 milyard kubmetr9 qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,3 milyon tondan10 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları həcmində 2,8% artım müşahidə olunub.
Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
1. 7.485.590 ton
2. 7.718.053.000 kubmetr
3. 50.428.004.000 kubmetr
4. 29.046.321 ton
5. 16.596.400 ton
6. 25.277.618.384 kubmetr
7. 13.666.353.138 kubmetr
8. 5.809.329 ton
9. 3.377.532.312 kubmetr
10. 2.309.642 ton