2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
SOCAR Bolqarıstanda sənaye müştərilərinə təbii qaz tədarükünə başlayıb
21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlayıb.
Təbii qaz tədarükü Azərbaycan və Bolqarıstan hökumətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişafını nəzərdə tutan sazişə, həmçinin SOCAR-ın Avropa qaz bazarında kommersiya iştirakının genişləndirilməsi strategiyasına uyğun olaraq həyata keçirilir.
SOCAR, “M-Gaz” və “Asarel Medet” şirkətləri arasında uğurlu əməkdaşlıq nəticəsində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanması, həmçinin bu ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımdır.