Sankey Diaqramı ilə Enerji Axını

 Sankey Diaqramı ilə Enerji Axını

Beynəlxalq Enerji Agentliyi dünya ölkələri üçün enerji axınını izləmək məqsədi ilə Sankey diaqramından istifadə etməklə enerjinin paylanmasını vizual şəkildə təqdim edir. Dünya ölkələri üçün enerjinin paylanmasını izləmək üçün  növbəti keçidə daxil olun: IEA Sankey Diagram. Diaqramda ölkə üzrə hasil olunan, idxal, ixrac olunan  enerji ilə yanaşı enerji itkilərini, xüsusi sərfi, statistik fərqləri və sektorlar üzrə yekun enerji sərfini izləmək olar.

Sankey diaqramı axın diaqramı olub, burada oxların eni axın sürətinə proportional şəkildə verilir. Sankey diqramlarından eləcə də, regional və milli səviyyədə enerji hesablarını, material axınlarını və xərcin bölünməsini vizuallaşdırmaq üçün də istifadə edilir. Sankey diaqramı,  sistemdə əsas axını və köçürmələri də göstərir. O eləcə də axının ən vacib hissəsini də müəyyən etməyə imkan verir.  Sankey diaqramalarını oxuya bilmək üçün ingilis dilində təqdim edilən təlimatla  növbəti keçidə  daxil olmaqla  tanış olun How to read an LLNL energy flow chart (Sankey diagram) – YouTube.

İndi hər kəs SankeyMATIC alətindən istifadə etməklə Sankey diaqramını qura bilər. Bunun üçün növbəti keçidə daxil olun:  SankeyMATIC (BETA): Build a diagram.