”Samruk-Kazına” Milli Rifah Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

 ”Samruk-Kazına” Milli Rifah Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 2-də Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin səhmdarı ”Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nümayəndə heyətinin tərkibində “KazMunayGaz” şirkətinin İdarə Heyətinin sədri Alik Aydarbayev, fondun və şirkətin rəhbər şəxsləri təmsil olunmuşlar.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qazaxıstanın ”KazMunayGaz” Milli Şirkəti ilə həyata keçirilən birgə layihərlə bağlı məlumat vermiş, geniş əməkdaşlıq perspektivlərindən, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan və Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsündə (CEPI) birgə fəaliyyətdən bəhs etmişdir.