2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Şahdəniz” yatağından 81,7 milyard kubmetr təbii qaz nəql edilib
“Şahdəniz” yatağından Türkiyəyə qaz kəmərləri ilə 81,7 milyard kubmetr təbii qaz nəql olunub. 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la Türkiyəyə 10,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb. Həmin dövrdə isə TAP ilə Avropaya 2,3 milyard kubmetr qaz ixrac edilib.
Onu da qeyd edək ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 437 milyon tondan çox nefti nəql edilib.