Şahdəniz 2 şimal cinahında beşinci quyudan hasilata başlanıldı

 Şahdəniz 2 şimal cinahında beşinci quyudan hasilata başlanıldı

Şahdəniz 2 şimal cinahında beşinci quyudan hasilata başlanıldı.

Bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və  layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğur hesab olunur.

Mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatmışdır. İlin ilk üç rübündə yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilmişdir.