Sabah Qlobal Yüksək Səviyyəli Forum keçiriləcəkdir

 Sabah Qlobal Yüksək Səviyyəli Forum keçiriləcəkdir

BMT-nin 26 –ci İqlim Dəyişiklikləri üzrə Konfransına doğru Enerjiyə Keçid Elmi və ambisiyaların artırılması üzrə Qlobal Yüksək Səviyyəli Forum keçiriləcəkir

Beynəlxalq Bərpa olunan Enerji Agentliyi  (İRENA www.irena.org), Enerjiyə Keçid üzrə Yüksək Səviyyəli Forumda canlı olaraq iştirak etməyə dəvət edir. Tədbirdə iştirak üçün qeydiyyat tələb olunmur və virtual olaraq keçiriləcək tədbir, İRENA-nın YouTube kanalında canlı olaraq yayımlanacaqdır.  

Forum 30 İyun 2021-ci il tarixində,  çərşənbə günü,  Bakı vaxtı ilə 17:00 –da keçiriləcəkdir.

Bu ilin əvvəlində  keçirilən İRENA-nın illik yığıncağında, üzv ölkələri, beynəlxalq əməkdaşlığın intensivləşdirilməsi və gücləndirilməsi zəruriyyətini və təmiz enerjiyə keçid üzrə tədbirlərin görülməsi istiqamətində fəaliyyətlərin təşkilini az qiymətləndirmişlər. Yığıncaqda bu səbəbdən BMT-nin bütün üzv ölkələrinə açıq olan agentlik və regional ölkələrarası iqtisadi inteqrasiya təşkilatı kimi İRENA-nın çətiri altında Enerjiyə Keçid üzrə Qlobal Yüksək Səviyyəli Forum təşkil edilmişdir. Forumun 1-ci xüsusi nəşri, hal-hazırda davam edən proseslərin fonunda elm və artmaqda olan ambisiyalar arasında  əlaqələrin yüksək səviyyədə müzakirəsini və BMT-nin 26-ci İqlim Dəyişikliyi üzrə Konfransına  (COP 26) hazırlıq üçün ədalətli, inklusiv və sistematik enerjiyə keçidi sürətləndirmək üçün   yüksək səviyyəli müzakirələri təmin edəcəkdir.  Forum, eləcə də İRENA-nın çoxdan gözlənilən əsas hesabatı olan Dünyada Enerjiyə Keçidə Baxış adlı hesabatının təhvil verilməsi ilə də əlaqədardır.