Rusiya Türkiyəyə qaz ixracını 3 dəfədən çox artırıb

 Rusiya Türkiyəyə qaz ixracını 3 dəfədən çox artırıb

Bu ilin birinci yarısında Rusiyanın “Qazprom” şirkəti Türkiyəyə təbii qaz ixracını üç dəfədən çox artıraraq 14,62 mlrd. kubmetrə çatdırıb.

2020-ci ilin yanvar-iyun aylarında “Qazprom” Türkiyəyə 4,7 mlrd. kubmetr qaz tədarük edib.

Qeyd olunur ki, ilin birinci yarısında şirkət üzrə Qərbi Avropaya tədarük ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,3 dəfə artaraq 77,24 mlrd. kubmetrə çatıb.

Enerji Portalı məlumatı www.apa.az istinadən təqdim edir.