2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Rumıniya ilə enerji sahəsində əlaqələrin gücləndirilməsi müzakirə olunub
Energetika naziri Pərviz Şahbazovla Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare arasında görüş keçirilib.
Energetika naziri səfiri yeni təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinə, o cümlədən energetika sahəsində mövcud əməkdaşlıq münasibətlərinə toxunulub. Bu əməkdaşlığın inkişafı istiqamətində Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropaya nəqlindən, həmçinin gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin potensial imkanlarından bəhs edilib. Rumıniyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakı, layihəyə və onun gələcəkdə genişləndirilməsinə dəstəyi yüksək qiymətləndirilib.
Görüş zamanı Rumıniya ilə xam neft, neft məhsulları və neft-kimya məhsullarının ticarəti üzrə sıx əməkdaşlıqdan danışılıb. Bərpa olunan enerji mənbələrinə keçidin əhəmiyyəti, bu istiqamətdə ölkəmizdə aparılan islahatlar, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialı, bu resurs hesabına gələcəkdə elektrik enerjisi və “yaşıl hidrogen” istehsalı planları haqqında məlumat verilib. İki ölkə arasında mövcud əməkdaşlığın “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.