“Reaktiv enerjinin kompensasiyası” mövzusunda təlim keçirilib

 “Reaktiv enerjinin kompensasiyası” mövzusunda təlim keçirilib

Energetika Nazirliyində əməkdaşların peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Reaktiv enerjinin kompensasiyası” mövzusunda təlim keçirilib.

Təlimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev tərəfindən müvafiq sahədə təqdimatla çıxış edilib, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, dayanıqlığı, həmçinin aktiv və reaktiv güc, reaktiv müqavimət kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Təlimdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 18 əməkdaşı iştirak edib.