Qordon Birrelin Bakıya səfəri baş tutub

 Qordon Birrelin Bakıya səfəri baş tutub

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir. Qordonun səfər proqramı Enerji Həftəsinin açılışı ilə başlayıb. Bu tədbirdə Qordona bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional rəhbərliyinin digər üzvləri də qoşulublar.

Builki Enerji Həftəsində bp fəxrlə dünya səviyyəli Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 30-illik uğur hekayəsini təqdim edib. AÇG-nin əməliyyatçısı olaraq bp bu nəhəng yatağın Azərbaycanın müstəqilliyini dəstəkləyən, xalqın həyatını dəyişdirən və ölkənin dayanıqlı gələcəyini təmin edən bir milli sərvətə çevrilməsində mühüm rol oynayıb.

bp-nin stendində Qordon və Qəri AÇG-nin keçdiyi möhtəşəm tarixi yola nəzər salacaq və müxtəlif texnologiyaların köməyi ilə yataqdan maksimum neftverməyə nail olmaq üçün şirkətin hazırda gördüyü işlər haqqında məlumat verilir. Onlar həmçinin bp-nin regiondakı digər layihələri, o cümlədən beş cinahın sonuncusu olan şərq-şimal cinahından bu yaxınlarda hasilata başlamış nəhəng Şahdəniz qaz yatağının işlənməsi layihəsi üzrə görülən işlərin hazırkı vəziyyəti ilə bağlı məlumatları da bölüşülür.

Səfər çərçivəsində Qordonun həmçinin bir sıra şirkətxarici görüşləri, bp-nin regional rəhbərliyinin üzvləri ilə biznes prioritetlərinin müzakirəsi və yerli televiziya ilə planlaşdırılmış bir müsahibəsi də baş tutub.