2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Qloballaşma: Dənizdə külək enerjisinin yeni potensial bazarlara genişləndirilməsi
Bu hesabatda Braziliya, Hindistan, Morokko, Filippin, Cənubi Afrika, Şri Lanka, Türkiyə və Vietnamda (burada enerji potensialı, küləyin sürətinə və suyun dərinliyinə əsasən hesablanılır), suda külək enerjisinin texniki potensialı üzrə 8 araşdırma təqdim edilir. Sahilyanı ərazilərinin 200 km oduğunu nəzərə alsaq, 1016 QVt sabit konstruksiyada külək qurğuların gücü və 2066 QVt üzən konstruksiyada külək qurğuların gücü daxil olmaqla, 8 ölkədən 3-ünün ümumi texniki potensialı 3.1 terevat təşkil edir. Bu ölkələrin əksəriyyəti üçün dənizdə külək enerjisi, elektrik enerjisi cari istehsalı üzrə ümumi qoyuluş gücünün bir neçə qatını təşkil edir. Bu o deməkdir ki, suda quraşdırılan külək qurğularından enerji, milli hədəflərə nail olmaq üçün əhəmiyyətli dərəcədə böyük rol oynaya bilər ki, bununla da enerji qarışığında bərpa olunan enerji resurslarının qarışığını artırmaqla elektrik enerjisinə əlyetərlilik arta bilər. Bütün bunlar da, həmin ölkələrin Davamlı İnkişaf Hədəflərinə və Paris Razılaşması üzrə öhəliklərinə öz tövfəsini vermiş olacaqdır. Bu potensialın faktiki istifadəyə çevrilməsində ölkələrə məxsus texniki, iqtisadi, sosial və ətraf mühit baxımdan qiymətləndirmələr aparılmalıdır. Onların külək imkanlarını effektiv şəkildə istifadə etmək üçün ölkələr öz şəbəkələrinə və port infrastrukturunun inkişaf etdiriməsinə “helikopter” baxışı qoymalı, maliyyələşdirməyə innovativ yanaşma qəbul etməli, dayanıqlı siyasət çərçivəsi qurmalı, təchizat zəncirinin inkişafı üzrə əməkdaşlıq etməlidirlər. Ölkə üzrə potensiala dair tam məlumat əldə etmək üçün şəbəkənin gücü, inteqrasiya məsələlləri, dəniz yolları, miqrasiya yolları, balıqçılığa təsirləri və digər logistik məsələllər ilə bağlı məsələlləri nəzərə almaqla növbəti təhlillərin aparılması zəruri hesab edilir.
Hesabat, 2019-cu ilik oktyabr ayında Enerji Sektorunda İdarəetməyə Yardım Proqramı tərəfindən hazırlanıb. Hesabatla ətraflı tanışlıq üçün keçidə daxil olun.