2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Qlobal enerji saxlama batareyaları bazarı 2030-cu ilə kimi illik 23% artacaq
Ötürmə şəbəkəsi üzrə batareyalara əsaslanan qlobal enerji saxlama bazarının 2030-cu ilə kimi illik artım sürətinin 23% olmaqla milli enerji və dekarbonlaşdırma planlarının tərkib hissəsi kimi artması gözlənilir. Bu məlumat Frost & Sullivan tədqiqat firması tərəfindən nəşr olunan yeni araşdırmada bildirilir.
İllik elektrik gücünün 2020-ci ildə 8.5 QVt-dan 19.3QVt-a çatması gözlənilir ki, nəticə etibarı ilə 2030-cu ilə kimi ümumi gücün 134.6QVt/437.4GVt-saat olmacağı qənaətinə gəlinir.
Saxlamaya artmaqda olan tələbat, bazarın illik gəlirinin 2020-ci ildə 2 milyard ABŞ dollarından təxminən 2030-cu ilə kimi 16 milyard ABŞ dollarına artması gözlənilir. .
Araşdırmaya görə, bərpa olunan enerji texnologiyalarının genişlənməsi və batareya tipli enerji saxlama sistemlərinin davamlı şəkildə qiymətlərində azalma, bu texnologiyanın milli enerji planlarının önündə tutmağı gözlənilir.
Ölkələr vardır ki, onlar 2030-cu ilə kimi özlərinin ümumi enerji sərfiyyatlarının 50% həcmini bərpa olunan enerji mənbələrindən istehsal etməyə hədəf götürürlər. Bərpa olunan enerji saxlama sistemləri, istehsalı çox olduğu vaxtlarda izafi enerjini saxlamağa imkan verməklə istehsalın az olduğu tələbatın yüksək olduğu zamana daşımağa imkan verir.
2020-ci ildə qurğuların 47.3%-ə yaxud 2.4 QVt-a kimi genişlənməsi ilə COVİD -19 pandemiyasına qarşı mübarizədə dayanıqlı inkişafa malik olubdur.
Məlumat, https://www.smart-energy.com məlumat saytına istinadən təqdim edilir.