Qlobal Elektrik Nəqliyyat Vasitələrinə Baxış, 2021-ci il

 Qlobal Elektrik Nəqliyyat Vasitələrinə Baxış, 2021-ci il

Qlobal Elektrik Nəqliyyat Vasitələrinə Baxış, 2021-ci il

Pandemiyaya baxmayaraq ambisiyaların sürətləndirilməsi

İşçi Xülasə

Pandemiyaya baxmayaraq elektrik nəqliyyatı bazarlarında güclü hərəkət inersiyası

Sürətli artım onilliyinin ardınca 2020-ci ilin sonunda dünya yollarında 10 milyon elektrik maşını var idi. Qlobal maşın satışının 16% aşağı düşdüyü pandemiyanın tüğyan etdiyi bir dövr olmasına baxmayaraq, elektrik maşınlarının qeydiyyatı 2020-ci ildə 41%-ə kimi artıb. Təxminən 3 milyon elektrik maşını qlobal olaraq satılıb (satış payının 4.6%-i) və ilk dəfə olaraq Avropa dünyanın ən iri elektrik nəqliyyat bazarı kimi Çin Xalq Respublikasını üstələmişdir. Elektrik avtobusları və yük maşınlarının qeydiyyatı, eləcə də əsas bazarlarda genişlənmişdir ki, uyğun oaraq qlobal olaraq 600000 və 31000 olmuşdur. Pandemiya şəraitində elektrik nəqliyyat vasitələrinin dayanıqlılığı üç əsas sütunda dayanır.

  • Dəstəkləyici tənzimləmə mexanizmi: hətta pandemiyadan qabaq belə, bir çox ölkələr CO2 tullantıları standartları və sıfır emissiyalı nəqliyyat vasitələri mandatları kimi əsas siyasətlərini gücləndirirdirlər. 2020-ci ilin sonuna kimi 20-dən çox ölkədə ənənəvi maşınların satışına qadağaların qoyulması elan olunmuş yaxud da bütün yeni nəqliyyat vasitələrininin sıfır emissiyalı elektrik nəqliyyat vasitələri olmasına öhdəlik götürmüşlər.
  • İqtisadi geriləmədən irəli gələrək elektrik nəqliyyat vasitələrinin təhlükəsizliyinə əlavə təşfiqlərin verilməsi: bəzi Avropa ölkələri alış təşfiqlərini artırıb və Çin öz subsudiya sxemini mərhələ-mərhələ işdən çıxartmağını yubadır.
  • Elektrik nəqliyyat vasitələrinin modelləri xeyli genişlənib və batareyanının dəyəri aşağı düşməkdə davam edir.

Nəqliyyat vasitələrinin istehsalçıları davamlı ambisiyalı şəkidə elektrikləşmə planlarını elan edirlər. 2020-ci ildə təxminən 90% həcmində yeni maşın  qeydiyyatını təmsil edən ən yüksək 20 nəqliyyat vasitəsi istehsalçısından 18-i öz elektrik maşın modellərini genişləndirmək planlarını bəyan etmiş və çevik şəkildə yüngül nəqliyyat vasitələrinin istehsal həcmini sürətli şəkildə artırmağı bəyan etmişlər. 4 əsas yük maşını istehsalçısı gələcəkdə tamamilə elektriklə işləyən maşın istehsalına keçməklə, elektriklə işləyən ağır nəqliyyat vasitələrinin model çeşidləri də eləcə də genişləndirir.

Elektrik maşınlarının alışına istehlakçı xərcləri 2020-ci ildə 120 milyard ABŞ dolları artıb.  Parallel olaraq dünyada hökumətlər  elektrik maşını satışını dəstəkləmək üçün 14 milyard dollar sərf etmişlər ki, bu da 2019-cu ildən 25% yuxarıdır və buna işə Avropada daha güclü təşfiq verilmişdir.  Buna baxmayaraq, ümumilikdə, elektrik maşınlarına ümumi məsrəflərdə hökumətlərin payı son beş ildə azalmışdır və bunu da onunla izah etmək olar ki, elektrik nəqliyyat vasitələri istehsakçılara artıq cəlbedici olmuşdur.  Elektrik nəqliyyat vasitələrinin satışına yaxın müddətli baxış parlaqdır. 2021-ci ilin 1-ci 3 ayında qlobal elektrik  maşını satışı 2020-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 140% artıb ki, bu da əsasən Çində təxminən 500 000 nəqliyyat vasitəsi və Avropada 450 000 satışdan yaranan nəticədir. ABŞ –da satış 2020-ci ilin ilk kvartalına nisbətən iki dəfədən çox artıb ki, halbuki baza müqayisə ili bundan çox aşağı olmuşdur.

Elektrik nəqliyyat vasitələri 2020-ci illərdə dünya yollarında daha çox adiləşib

Dünyada mövcud siyasətlər bu onillikdə sağlam artımın olmasını təklif edirlər: Göstərilmiş Siyasət Ssenariyasında elektrik nəqliyyat vasitələrinin parkı bütün növləri boyunca (iki/üç –təkərli istisna olmaqla) 2030-cu ildə 145 milyona çatır ki, bu rəqəm yol nəqliyyat vasitələrinin 7%-ni təşkil edir.

İqlim hədəflərinə nail olmaq üçün hökumətlər səyləri artırarsa elektrik nəqliyyat vasitələrinin bazarı əhəmiyyətli dərəcədə böyük ola bilərdi. Dayanıqlı İnkişaf Ssenariyasında qlobal elektrik nəqliyyat vasitələrinin parkı 2030-cu ildə (iki/üç təkərlilər istisna olmaqla) 230 milyon nəqliyyat vasitəsinə çatır ki, bu da ümumi payda 12%-i təşkil edir. Elektrik nəqliyyat vasitələrinin parkının genişləndirilməsi istixana qazları emissiyalarını azaltmaqda davam edəcəkdir ki, burada təmiz  daxili yanma mühərrikinə malik nəqliyyat vasitəsinə nisbətən  təmiz qənaət, elektrik enerjisinin karbonsuzlaşdığı dövrün adım sürətindən asılı olaraq vaxtaşırı artır.

2030-cu ildə Göstərilmiş Siyasətlər Ssenariyasında, qlobal elektrik nəqliyyat vasitələrinin parkı ekvivalent həcmdə daxili yanma mühərrikli nəqliyyat vasitəsinin parkı ilə müqayisədə istixana qazlarını üçdə bir dəfədən çox azaldır, Dayanıqlı İnkişaf Ssenariyasında  bu səviyyə üçdə ikiyə qalxır.

Siyasətlər elektrikləşməni sürətləndirmək üçün inersiya dövrünün davamlı olmasını təmin etməlidir.

Elektrik nəqliyyat vasitələrində son nailiyyətlərin olmasına baxmayaraq iqlim hədəfləri ilə trayektoriya uyğunluğuna nail olmaq olduqca çətindir. Bu, bütün ölkələrdən daha güclü ambisiya və hərəkət tələb edir. Batareya texnologiyasında təkmilləşmələr və kütləvi istehsal elektrik nəqliyyat vasitələrinin qiymətini aşağı salacaqdır. Lakin 2020-ci illər iqlim dəyişikliklərini qarşılamaq üçün sadəcə yüngül elektrik nəqliyyat vasitələrinin kütləvi şəkildə qəbul olunmasından daha çoxunun şahidi olmaq zəruriyyəti yaradacaqdır. Hökumətlər orta və ağır nəqliyyat vasitələri seqmentində sıfır emissiyalı nəqliyyat vasitələrinin istifadəsini və müvafiq olaraq sürətli enerj doldurma infrastrukturunu təşfiq etmək üçün müvafiq siyasət yürütmək zəruriyyətindədirlər. Qısa müddətdə, ölkələr CO2 və yanacaq təsərrüfatı standartları və elektrik nəqliyyat vasitələri mandatı kimi tədbirləri icra etməkdə, irəli sürməkdə və möhkəmləndirməkdə davam etməlidir. Ətraf mühitə və insanların sağlamlığına təsir etdiyi normada benzin və dizelə vergi tətbiq etmək,  hökumətə gəlirlərini təmin edə, neqativ təsirləri azalda və elektrik nəqliyyat vasitələrinə keçidi  sürətləndirə bilər.

Nəqliyyat vasitələrinə və yanacaqlara ətraf mühit baxımından müxtəlif vergi tutmanın tətbiq olunması, daha sonra da bazarları elektrik nəqliyyat vasitələrini iqlim hədəflərinin xeyrinə birləşdirə bilər. Karbon emissiyalarını azaltmaq üçün elektrik nəqliyyat vasitələrinin tam potensialına nail olmaq məqsədi ilə elektrik enerjisinin istehsalını karbonsuzlaşdırmaq, enerji sistemində elektrik nəqliyyat vasitələrini inteqrə etmək, enerji doldurma infrastrukturunu qurmaq, dayanıqlı batareya istehsalını və onların təkrar emalında irəliləyişlərə nail olmaq üçün  kritik inkişaf tələb olunur.

Hesabatla ətraflı tanış olmaq üçün keçidə daxil olun.