Qazın qiyməti rekord qiymətə çatıb

 Qazın qiyməti rekord qiymətə çatıb

Avropa spot bazarında (real satış bazarı) qazın qiyməti rekord qıraraq min kubmetr üçün 480 dolları keçib.

Niderlandın “Title Transfer Facility” (TTF) satış mərkəzində təbii qazın min kubmetr üçün bir gün öncədən alış qiyməti 484 dollar (+5%) təşkil edib.

Qeyd olunur ki, həftənin əvvəlində Avropa bazarında təbii qazın min kubmetr üçün qiyməti 433 dollar, ötən ayın sonunda isə 360 dollar təşkil edib.

Enerji Portalı məlumatı www.apa.az istinadən təqdim edir.