“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

03 fevral 2023, 13:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634; 2019, № 11, maddə 1689; 2021, № 5, maddə 429, № 7, maddə 701; 2022, № 4, maddə 292, № 7, maddə 696) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin birinci hissəsi üzrə:

1.1. on səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

“qoşulma xidmətinə görə ödəniş – tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğ;”;

1.2. iyirmi dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda iyirmi beşinci – iyirmi yeddinci abzaslar əlavə edilsin:

“texnoloji qoşulma – qaz paylayıcısı ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;

fiziki qoşulma – sifarişçinin qaz qurğularına qazın verilməsi üçün çəkilmiş qaz xəttinin qaz paylayıcısının təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;

mövcud qazpaylayıcı şəbəkə – ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə təzyiqi 0,3 Mpa-dək olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən şəbəkə.”.

2. 4-cü maddənin 2-ci hissəsindən “qaz ekspertləri və ya” sözləri çıxarılsın.

3. 8-ci maddənin 1-ci hissəsinə “məişət qaz qurğularının” sözlərindən əvvəl “bu Qanunun 4-cü maddəsinin 2-ci hissəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin.

4. 13-cü maddə üzrə:

4.1. 3-cü hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

4.2. 4-cü hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflər:”;

4.3. 6-cı hissənin birinci abzasında “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilsin;

4.4. 12-ci hissə üzrə:

4.4.1. birinci cümlədə “aparılmamış” sözü “sənədləri təsdiq edilməyən” sözləri ilə əvəz edilsin;

4.4.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.”;

4.5. aşağıdakı məzmunda 12-1 – 12-3-cü hissələr əlavə edilsin:

“12-1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

12-2. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

12-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13-cü maddəsinin 12-ci və 12-1-ci hissələrində nəzərdə tutulan ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi metodologiya əsasında müəyyən edir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2022-ci il