“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində, 4-cü hissəsinin birinci abzasında, 12-ci hissəsinin ikinci cümləsində, 12-1-ci və 12-3-cü (hər iki halda) hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

1.3. həmin Qanunun 13-cü maddəsinin 12-3-cü hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 4-cü hissəsinin birinci abzasında, 12-ci hissəsinin ikinci cümləsində,12-1-ci hissəsində və 12-3-cü hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsinə uyğun olaraq, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. həmin Qanunun 13-cü maddəsinin 12-3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödəniş məbləğinin hesablanmasına dair metodologiyanı beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on səkkizinci abzasına uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödənişin məbləğlərini bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan normativ hüquqi aktlar təsdiq edildikdən sonra iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2004, № 7, maddə 526; 2007, № 6, maddə 601; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 291; 2018, № 3, maddə 410, № 4, maddə 654; 2021, № 7, maddə 728; 2022, № 4, maddə 319) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd üzrə:

4.1.1. “və onuncu” sözləri “, onuncu və on səkkizinci” sözləri ilə əvəz edilsin;

4.1.2. “8-1-ci hissəsinin ikinci cümləsində” sözləri “3-cü hissəsinin ikinci cümləsində, 4-cü hissəsinin birinci abzasında, 8-1-ci və 12-ci hissələrinin ikinci cümlələrində, 12-1-ci və 12-3-cü (hər iki halda) hissələrində” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bənddə “və ikinci cümlələrində” sözləri “cümləsində” sözü ilə əvəz edilsin;

4.3. 2.2-1-ci bəndə “hissəsində” sözündən sonra “və 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

4.4. 2.2-2-ci bənddə “və 4-cü hissəsində” sözləri “, 4-cü hissəsində və 13-cü maddəsinin 12-3-cü hissəsində (ikinci halda)” sözləri ilə əvəz edilsin;

4.5. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 4-cü hissəsinin birinci abzasında, 12-ci hissəsinin ikinci cümləsində, 12-1-ci hissəsində və 12-3-cü hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;”.

5. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2591) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1.3-cü yarımbəndin birinci cümləsində “Nazirlər Kabineti” sözləri “Tarif (qiymət) Şurası” sözləri ilə əvəz edilsin;

5.2. 2.1-ci bənddən “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasının,” və “qazın və” sözləri çıxarılsın, həmin bənddə “layihələrini” sözü “layihəsini” sözü ilə, “layihələrdə” sözü “layihədə” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2023-cü il