“Premium” və “Super” markalı benzin bahalaşıb

 “Premium” və “Super” markalı benzin bahalaşıb

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib.

1 litrinin qiyməti 1,45 manata təklif olunan “A-95 PREMİUM”un qiyməti 0.15 manat artaraq hazırda 1,60  manata satılır. 1 litrinin qiyməti 1.6 manata təklif olunan  “A-98 SUPER”  markalı benzinin qiyməti 0.30 manat artaraq, hazırda 1.90 manata satılır.

Xatırladaq ki, A-98 SUPER” və “A-95 PREMİUM” markalı benzin ölkəmizdə istehsal olunmur, digər ölkələrdən    idxal olunur.