Noyabrda ölkədə 550 min barrel xam neft hasil olunub

 Noyabrda ölkədə 550 min barrel xam neft hasil olunub

2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barrel olub. Bunun 550 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılması nəzərdə tutulurdu.