2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Neft sənayesi işçilərinə yüksək dövlət təltifləri təqdim olunub
30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə yüksək dövlət təltiflərinə layiq görülən neft sənayesi işçilərinə orden və medalların təqdim edilməsi mərasimi keçirilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ölkəmizdə bütün sahələrdə olduğu kimi, neft-qaz sənayesi işçilərinin də hər zaman ölkə başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
SOCAR prezidenti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və xoş bir ənənəyə çevrilən neftçilərin dövlət səviyyəsində təltif olunmasının Azərbaycan neftçilərinin əzmkar və fədakar fəaliyyətinin yüksək qiymətləndirilməsinin təzahürü olduğunu qeyd edib.
Təltif olunan bütün neftçiləri təbrik edən Rövşən Nəcəf onların fəaliyyətini və neft-qaz sənayesinin inkişafını hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısına Azərbaycan neftçiləri adından dərin minnətdarlığını ifadə edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilən neftçilərə orden və medallar təqdim olunub.